Ən-Nüsrə Cəbhəsi Dəməşqin şərqində məğlub oldu
-
Ən-Nüsrə Cəbhəsi Dəməşqin şərqində məğlub oldu
Suriya ordusu qüvvələri Ən-Nüsrə Cəhbəsi terror qruplaşmasının Dəməşqin şərqində Eyn Tərmə və Cobər bölgələrinə hücumlarına reaksiyada bu terror qruplaşmasına qarşı irimiqyaslı hücumlara başlayıblar.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri Dəməşqin Şərqi Qutə bölgələrində irəliləyərək Hərəstada silahlı şəxslər və terrorçuların mühasirəsini daraldıb və çoxlu sayda Ən-Nüsrə Cəbhəsi terrorçusunu öldürüblər.
Başqa bir məlumata görə, Təbbasda da Suriya ordusu qüvvələri ən-Nüsrə Cəbhəsi terrorçularının müdafiə xətlərini yarıb və onlarla terrorçunu məhv ediblər. Öldürülən terrorçuların əksəriyyəti binaların üzərində yerləşdirilən snayperlər olublar.
Ən-Nüsrə Cəbhəsi terror qruplaşması son aylarda Dəməşq-Homs beynəlxalq magistral yolunu hədələmişdi. Suriya ordusu həmçinin çərşənbə axşamı günü Dəməşqin cənub-şərqində bir neçə məhəllə və kəndi terrorçuların işğalından azad edib və Ümm Cədyan, Rəsmül-Əbdə, Şəlil, Zəfrə və Ərrə əl-Sərixi kəndlərini nəzarətə götürüb.
Suriya böhranı 2011-ci ildən prezident Bəşşar Əsədin qanuni hökumətini devirmək üçün Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanmışdır.