İyun 21, 2017 16:50 Asia/Baku
  • Bəhreyn alimləri: Ölkədəki terrorizmə görə Ali-Xəlifə məsuliyyət daşıyır

Bəhreyn alimləri bir bəyanat yayaraq, Ali-Xəlifə rejimi ilə müxalif olanların o cümlədən Nəbil Abdullah Səmiyin ailələri ilə həmrəylik elan edib və Bəhreyndə terrorizmin genişlənməsinə görə Bəhreyn hökumətinin məsuliyyət daşıdığını bildirib.

Livanın Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Bəhreyn alimləri öz bəyanatlarında dünya ictimaiyyətinin Bəhreyndə vətəndaşlar əleyhinə zorakılıqlar və qırğınlara son qoymaq üçün dərhal müdaxilə etməsinə təkid edib.

Bəhreyn alimləri həmçinin, öz  bəyanatlarında Nəbil Abdullah Səmiyin öldürülməsinə işarə edərək, bildiriblər ki, Nəbil Abdullah ömrünün son anlarına kimi Ali-Xəlifə rejiminin təqiblərinə məruz qalmış və bu rejimə qarşı mübarizə aparmışdı.

Bəyanatda həmçinin deyilir: Nəbil Abdullah Səmiyin ailəsi son dərəcə çox təzyiqlərə məruz qalıb və hakimiyyət tərəfindən incidilib. Belə ki, onun hətta 11 yaşlı övladı belə bu təzyiqlərdən amanda qalmayıb.

Bəhreynli fəal Nəbil Abdullah Səmiyi bir neçə gün öncə Manamanın qərbində Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildi.

Teqlər