Ümumdünya Qüds günü İslam ümməti yanında Fələstinin yerinə təkiddir
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas Ümumdünya Qüds günü ərəfəsində bir bəyanat yayaraq bildiribdir ki, bu günün qeyd olunması bütün İslam ümmətinin vicdanı və qəlbində Qüds və Məsciduləqsanın yerinə bir təkiddir.
Fələstin informasiya mərkəzinin məlumatına görə, Həmas-ın sözçüsü Fuzi Bərhum cümə axşamı günü yayılmış bu bəyanatda qeyd edibdir ki, İslam ümməti bütün sərvətlərinin qarət olunması, həmçinin təfriqənin yaradılması və yaddaşın dəyişdirilməsi üzrə bütün səylər və fitnələrə rəğmən, Qüdsü unutmayıb və unutmayacaq da.
Bərhum Ümumdünya Qüds gününü əziz tutaraq, əlavə edib: Qüdsün azad edilməsi məqsədilə sionist düşmənlə real döyüş və birliyin bərpası yaxındadır və bu şəhərin azad edilməsi İslam dünyasının boynuna düşən bir vəzifə və hamının daşıdığı bir məsuliyyətdir.
Həmas-ın sözçüsü daha sonra deyib: İslam ümmətinin bütün təbəqələrindən istəyirik ki, Fələstinin və onun mübariz xalqının köməyinə qalxsınlar və bu xalqın öz ölkəsində müqavimətinin gücləndirilməsinə, eləcə də Fələstinin azad edilməsi, ləyaqəti və başucalığı üçün hazırlığın əldə olunması məqsədilə qəhrəman Fələstin müqavimətinə dəstəyə zəmin yaratsınlar.