İyun 23, 2017 16:45 Asia/Baku
  • Qətərə qarşı on üç şərt
    Qətərə qarşı on üç şərt

Küveyt rəsmiləri rəsmi Dohanı sanksiya edən ölkələrin on üç şərtilə bağlı siyahını Qətərin başçılarına təqdim ediblər.

Əlaləm telekanalının məlumatına görə, informasiya mənbələri Ərəbistan, Bəhreyn, BƏƏ və Misirin on üç şərtli siyahısını yayıblar. Bu ölkələr ötən ay Doha ilə diplomatik əlaqələrini kəsməkdən əlavə, Qətərə qarşı geniş sanksiyaların tətbiqinə də üz tutublar.

Bu siyahıda həmin ölkələrin Qətər üçün təyin etdikləri ən mühüm şərtlər, İran və Hizbullahla diplomatik əlaqələrin kəsilməsi, Əlcəzirə telekanalının tam şəkildə bağlanması və Türkiyənin hava bazasının bu ölkə ərazisindən yığışdırılmasıdır. 

Ərəbistan, Bəhreyn, BƏƏ və Misir vurğulayıblar ki, Qətər bu dörd ölkənin vətəndaşlarına vətəndaşlıq verməməli və hazırda ölkəsinin ərazisində yaşayan həmin ölkələrin vətəndaşlarını bu ölkədən çıxarmalıdır.

Bu ölkələr həmçinin Qətərdən istəyiblər ki, bu dövlətlər tərəfindən terror fəaliyyətlərində əllərinin olması ittihamı ilə təqib olunan bütün şəxsləri onlara təhvil versin və Amerika tərəfindən terrorçu və ifratçı kimi tanınmış orqanlara maliyyə dəstəyi verməyə son qoysun. 

Bu məlumata görə, Qətər dövlətinin həmin ərəb ölkələrilə əlaqələrini yenidən qurmaq istiqamətində onların şərtlərini yerinə yetirmək üçün təkcə on gün möhləti var.

Teqlər