Suriya ordusunun yeni uğurları
İyun 23, 2017 21:07 Asia/Baku
-
Suriya ordusunun yeni uğurları
Suriyalı hərbi mənbələr bu ölkə ordusunun Hums vilayətinin şərq ətrafında yerləşən Ərk kəndinin şərqindəki "Zuhr Əbah" məntəqəsinə nəzarətindən xəbər verib.
Əlaləm telekanalının məlumatına görə, bu suriyalı hərbi mənbələr bu gün bildiriblər ki, Suriya ordusunun bölmələri özlərilə müttəfiq olan qüvvələrin həmkarlığı ilə bir neçə əməliyyatdan sonra"Zuhr Əbah" məntəqəsinə nəzarəti ələ alıblar. Bu əməliyyatda bir qrup terrorçu öldürülüb və onların avtomobilləri və sursatları məhv edilibdir.
Bundan öncə də Suriya ordusu Hums vilayətində yerləşən Tədmur məntəqəsinin şərqindəki üçüncü neft buruğunun şimal-şərqində yerləşən Əlhil qaz meydanına doğru irəliləməyə müvəffəq olmuşdu.