İyun 24, 2017 12:05 Asia/Baku
  • Suriya ordusu irəliləyir
    Suriya ordusu irəliləyir

Suriya ordusu və müqavimət qüvvələri Dyerəzzurun ətrafında İŞİD terrorçularının müdafiə xətlərini yararaq ölkənin şərqinə doğru irəliləyiblər.

Təzyiqlərin artması və Ənnücəba diviziyasının irəliləməsindən sonra İŞİD üzvləri Riqqədən özlərinin Deyrəzzurdakı bazalarına köçüblər. 

Bu əməliyyatda müqavimət qüvvələri şərq istiqamətdə İraq və İordaniya sərhədləri yaxınlığında və Amerika hərbçiləri və Vaşinqtonun dəstək verdiyi qrupların hərbi bazalarının kənarında öz nəzarətində olan əraziləri genişləndiriblər. 

Suriyanın Əl-Əxbariyyə telekanalı da bildirib ki, Suriya ordusunun bölmələri müttəfiq qüvvələrin əməkdaşlığı ilə İrak kəndinin altı km şimal şərqində yerləşən Qaz Elektrik Stansiyasını terrorçuların işğalından qurtarıblar və onlarla terrorçunu və onların hərbi sursatlarını məhv ediblər. 

Teqlər