İyun 24, 2017 21:10 Asia/Baku
  • Suriya ordusu Deyrəzzura daxil oldu
    Suriya ordusu Deyrəzzura daxil oldu

Suriya ordusunun quru qoşunları 5 ildən sonra nəhayət ilk dəfə olaraq ölkənin şərqində yerləşən və terrorçuların nəzarəti altında olan Deyrəzzur vilayətinə daxil olub.

Neftlə zəngin olan Deyrəzzur şəhəri 2014-cü ildən İŞİD terrorçularının mühasirəsindədir və bu şəhər sakinlərinə sadəcə təyyarədən atılan yardım yükləri hesabına kömək çatdırılır. 

İRNA-nın məlumatına görə, Suriya mediaları bildiriblər ki, bu ölkə ordusu müqavimət qüvvələrinin dəstəyi ilə İraq ilə sərhəd məntəqədə yerləşən Ərzülvəşaş, Səddülvər və Vadiəlvər məntəqələrinə nəzarəti təmin edərək, 5 ildən sonra ilk dəfə olaraq cənub-şərq istiqamətindən Deyrəzzur vilayətində daxil olmağı bacarıb. 

Teqlər