Məkkə partlayışının arxasında Bin Salman durur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274120-məkkə_partlayışının_arxasında_bin_salman_durur
Ali-Səud rejiminin müxaliflərindən biri Məkkədə baş verən son kamikadze əməliyyatı barədə ifşaçılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2017 17:12 Asia/Baku
  • Məkkə partlayışının arxasında Bin Salman durur
    Məkkə partlayışının arxasında Bin Salman durur

Ali-Səud rejiminin müxaliflərindən biri Məkkədə baş verən son kamikadze əməliyyatı barədə ifşaçılıq edib.

Məkkədə Məscidül-haramın yaxınlığında  kamikadze partlayışının ardınca Ali-Səud rejiminin müxaliflərindən biri yenicə vəliəhd təyin olunmuş Məhəmməd Bin Salmanın bu hadisədə rolunu ifşa edib. 

Həmzə Əl-Həsən virtual fəzada yazıb: Hərəmdə partlayışın zərərsizləşdirilməsi saxta bir hadisə olub və onda məqsəd Bin Salmana xalq dəstəyini qazanmaq və Bin Nayifin kənarlaşdırılması mövzusunu kölgədə qoymaq olub. 

Səudiyyə mediyaları Məscidül-haramın yaxınlığında bir terror aktının zərərsizləşdirilməsindən xəbər veriblər. Səudiyyə Ərəbistanının Təhlükəsizlik Nazirliyinin sözçüsü Mənsur Əttürki demişdi ki, təhlükəsizlik qüvvələri Məkkədə Məscidül-haramda bir terror aktını zərərsizləşdiriblər. 

O deyib: Bu əməliyyatı planlaşdıran terrorçu qrupun üzvləri Ciddə və Məkkədə yerləşmişdilər. 

Əttürki deyib: Təhlükəsizlik qüvvələri 5 nəfər şübhəli şəxsi saxlayıb və istintaq işi gedir.