İyun 25, 2017 08:37 Asia/Baku
  • İŞİD Səlahəddin vilayətini minaatanlarla hədəfə aldı
    İŞİD Səlahəddin vilayətini minaatanlarla hədəfə aldı

İŞİD terror qruplaşması İraqın şimalında yerləşən Səlahəddin vilayətinin şimalını minaatanlarla hədəfə alıb. 2 nəfər ölüb 9 nəfər isə yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, İŞİD terror qruplaşması şənbə günü axşam iftar saatında Bici şəhərinin ətrafında yerləşən Mənləhə kəndini 8 ədəd mərmi ilə hədəfə alıb. Bu hücum zamanı 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. 

İŞİD terrorçuları iraqlı qüvvələr qarşısında ağır və ardıcıl məğlubiyyətlərin ardınca sivil əhaliyə qarşı qırğınlar törətməyə başlayıb. 

Teqlər