Bəhreyn xalqı inqilab şəhidləri ilə həmrəylik aksiyasında iştirak edib
İyun 25, 2017 21:13 Asia/Baku
-
Bəhreyn xalqı inqilab şəhidləri ilə həmrəylik aksiyasında iştirak edib
Bəhreyn xalqı Ali-Xəlifə rejiminin cinayətlərinə etiraz habelə, Bəhreyn inqilabı şəhidlərinin yolunun davamına təkid məqsədi ilə aksiya keçiriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əbu Sibə və Şaxurə məntəqələrinin sakinləri şənbə günü bir müddət öncə təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilən bəhreynli fəal Nəbil Səmiyin xatirəsinə təşkil edilmiş aksiyada iştirak ediblər.
Aksiya iştirakçıları paytaxt Manama ilə Sitrə adası arasındakı şose yolunu bağlayıb, Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz olaraq, avtomobil şinlərini yandırıblar.
Onlar həmçinin, hicablı qadınların həbs edilməsinə etiraz olaraq hakim rejimə qarşı şüarlar veriblər.