İyun 26, 2017 14:40 Asia/Baku
  • Riqqənin qərbində bir qəsəbə azad edilib
    Riqqənin qərbində bir qəsəbə azad edilib

"Suriya kürdlərinin demokratik birlik partiyası" İŞİD terrorçuları ilə güclü toqquşmalardan sonra Riqqənin qərbində Əl-Qadisiyyə qəsəbəsini azad edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Suriya kürdləri və ərəblərindən ibarət olan bu qüvvələr bildiriblər ki, Əl-Qadisiyyə qəsəbəsini İŞİD-in işğalından azad etdikdən dərhal sonra bölgəni təmizləmə əməliyyatına başlayıblar. 

Öncə Riqqə vilayətinin Ərrumaniyyə, şərqi Əl-Məşləb və Əl-Səbahiyyə bölgələrini də İŞİD terrorçularının işğalından azad etmişdilər. 

Başqa məlumatlara görə, Suriya ordusu ölkənin hava qüvvələrinin dəstəyi ilə İŞİD terrorçularının Deyrəzzurda bəzi bölgələrə nüfuzuna mane olmaq üçün terrorçuların mövqelərini hədəfə alıb və 20 terrorçunu məhv edib. 

Deyrəzzur vilayəti Suriya ilə İraq sərhədlərində Fərat çayının sahilində yerləşir. Neft ehtiyatlarına malik olan Deyrəzzur vilayəti 2014-cü ildən İŞİD terrorçularının mühasirəsindədir və şəhər sakinlərinə yardımlar sadəcə havadan mümkün olur. 

Teqlər