Yəməndə Səudiyyə Ərəbistanının PUA-sı vurulub
Yəmənin hərbi qaynaqları Sədə vilayətinin qərbində Əssüğra bölgəsində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus bir ədəd Pilotsuz Uçan Aparatın vurulmasından xəbər veriblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Səudiyyə təcavüzkarlarına reaksiyaların davamında Səudiyyə Ərəbistanının Cazan və Nəcrandakı mövqelərini hədəfə alıblar.
Eyni zamanda Əl-Məsirə telekanalı bildirib ki, Səudiyyə Ərəbistanının Nəcran bölgəsində ən azı 4 hərbi qərargah hədəfə alınaraq xəsarət alıb.
Cazan bölgəsində də Yəmən ordusunun hücumları nəticəsində bir neçə Səudiyyə hərbçisi öldürülüb.
Səudiyyə Ərəbistanı Amerikanın dəstəyi ilə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün 2015-ci il mart ayından Yəmənə qarşı hərbi hücuma başlayıb. Bu müddətdə Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları nəticəsində minlərlə adam həlak olub, milyonlarla yəmənli öz ev-eşiyindən didərgin düşüb.