Məhəmməd Bin Salman ən xərcli şahzadə
-
Məhəmməd Bin Salman ən xərcli şahzadə
Əl-Minar telekanalı bildirir: Məhəmməd Bin Salman öz gücünü göstərmək üçün milyardlar dollar sərf edən ən xərcli Səudiyyə şahzadəsidir.
Qüdsdə çıxan Əl-Minar qəzetinin yazarı Əbdül-Əziz Zafir Meyad yazır: Məhəmməd bin Salman öz imkanlarını nümayiş etdirmək üçün Yəmən müharibəsini reallaşdırdı və milyardlar dollar bu müharibəyə sərf etdi. O sonra Vaşinqtonun razılığını əldə etmək üçün " silah və investisiya müqaviləsi" adı altında ABŞ prezidenti Donald Trampa 500 milyard dollarlıq rüşvət verdi və hələ də öz rövyalarını reallaşdırmaq üçün əlavə xərcləməyə hazırdır.
Müəllif Bin Salmanın vəliəhd təyin olunmasına toxunaraq yazır: Məhəmməd Bin Salmanın vəliəhdlikdən kənarlaşdırılması çox da qəfil hərəkət hesab olunmur. Son iki il ərzində gənc şahzadələrin Bin Nayifin səlahiyyətlərini məhdudlaşdırmaq cəhdləri zamanı bunu proqnoz etmək olardı.
Məhəmməd Bin Salman son iki ildə ilk öncə Bin Nayifin tərəfdarı olan rəsmiləri vəzifədən uzaqlaşdırdı, sonra da hökumət heyətləri təşkil edərək Bin Nayifin təhlükəsizlik və iqtisadiyyat sahələrindəki səlahiyyətlərini ləğv etmiş oldu.
Amma bu gün əsas məsələ Bin Salmanın krallıq taxtına çıxması və hazırkı kral Salman Bin Əbdül-Əzizin hakimiyyətdən kənarlaşması məsələsidir. Müəllifə görə bu heç də reallıqdan uzaq deyil.