" İraq Kürdüstanı Bağdaddan bac almaq istəyir"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274316-İraq_kürdüstanı_bağdaddan_bac_almaq_istəyir
İraq parlamentinin üzvü deyib: İraq Kürdüstanında referendum təşəbbüsü İraqın mərkəzi hökumətindən bac almaq üçün bir növ hədə-qorxudur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2017 16:21 Asia/Baku
  • İraq parlamenti
    İraq parlamenti

İraq parlamentinin üzvü deyib: İraq Kürdüstanında referendum təşəbbüsü İraqın mərkəzi hökumətindən bac almaq üçün bir növ hədə-qorxudur.

İraq xəbər agentliyinin verdiyi məlumata görə, İraq parlamentində "Qrupların koalisiyası" fraksiyasının üzvü xanım Sacidə Məhəmməd bu gün İraq Kurdustanının referendum keçirmək və İraqdan ayrılmaq qərarı barədə deyib: İraq Kürdüstanı bölgəsi müstəqil ölkə olmaq üçün hər hansı iqtisadi potensiala malik deyil. 

Deputat deyib: İraq Kürdüstanının separatçı başçılarının hədə-qorxuları bac almaq xarakteri daşıyır və bu artıq hamıya bəlli olub. 

İraq Kürdüstanı bölgəsinin partiyaları son günlər bu bölgənin başçısı Məsud Barizani ilə birgə iclasda bu bölgənin İraqdan ayrılması üçün cari milad ili sentyabrın 25-də referendumun keçirilməsi ilə razılaşıblar. 

Bu qərara Amerika, Türkiyə və İran İslam Respublikası qarşı çıxıblar.