İyun 27, 2017 09:40 Asia/Baku
  • Suriya ordusunun yeni uğurları

Suriyanın hərbi mənbələri bu ölkə ordusunun Diyrəzzur və Hums vilayətlərinin idari sərhədlərində və Həmimə məntəqəsinin ətrafında yerləşən Əlzəliyyat məntəqəsinə yiyələnməsindən xəbər verib.

Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına əsasən, bu hərbi mənbələrin dediklərinə görə, həmin əməliyyatda bir qrup İŞİD terrorçusu öldürülüb və onların silah və sursatları məhv edilibdir.

Suriya ordusunun texniki bölmələri də bu məntəqəni İŞİD terrorçuları tərəfindən yerləşdirilmiş bombalardan təmizləyiblər.

Suriya ordusunun quru qoşunları şənbə günü beş ildən sonra bu ölkənin şərqində yerləşən Diyrəzzur vilayətinə daxil olaraq, bu vilayətdəki məntəqələrə yiyələniblər.

Teqlər