Qəzzədə üçüncü fələstinli südəmər körpə həyatını itirib
Ötən iki gün ərzində üç fələstinli südəmər körpə lazımi müalicələrin aparılması üçün Qəzzə zolağından kənara səfər etməkdən məhrumolma səbəbindən həyatını itirib.
Fələstin informasiya mərkəzinin məlumatına görə, Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Qüdrət deyib: Qəzzənin “Rentisi” xəstəxanasının xüsusi nəzarət bölməsinə yatırılmış fələstinli körpə- İbrahim Səmir Təbil dünən günortaçağı öz həyatını itiribdir.
Dünən səhər tezdən və bazar ertəsi günü axşam da iki digər fələstinli südəmər körpə lazımi müalicələrin aparılması üçün Qəzzə zolağından kənara səfər etməkdən məhrumolma və Fələstin səhiyyə nazirliyi tərəfindən lazımi icazələrin verilməməsi səbəbindən həyatını itirib.
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas Fələstin muxtariyyətinin başçısı Mahmud Abbası və sionist rejimi onda ittiham edibdir ki, bu hərəkat üçün problem yaratmaq məqsədilə xəstələrin mühasirədə olan Qəzzədən kənara köçürülmələri üçün lazımi icazələr verməkdən boyun qaçırırlar.