Əsədin Həmeymim bazasına getməsi hazırlığı göstərir
İyun 29, 2017 12:45 Asia/Baku
İsrail rejiminin təhlükəsizlik dairələrinə yaxın Debka File portalı bildirib: Əsədin Laziqiyyədə Hmeymim hərbi bazasına getməsi Dəməşq və Moskvanın ABŞ-ın hücumlarını zərərsizləşdirməyə hazır olduğunu göstərir.
Debka yazıb: ABŞ-ın Suriyaya kimyəvi hücumlar barədə xəbərdarlıq etməsi və bu məsələdə İran və Rusiyanın suçlu olmasını vurğulamasından qısa zaman sonra Suriya prezidenti Bəşşar Əsəd çərşənbə axşamı günü Rusiya qüvvələrinin yerləşdiyi Laziqiyyənin Hmeymim hərbi bazasına baş çəkdi.
Bəşşar Əsəd bazada Rusiyanın bir qırıcısı və hərbi helikopterinə yaxınlaşdı. Hətta rus qırıcısının sükanı arxasında əyləşərək şəkil çəkdirdi və sonra S-400 və S-300 zenit raket kompleksləri ilə yaxından tanış oldu.