İŞİD İraqın Huvəycə şəhərində 900 sivili oğurlayıb
İyul 01, 2017 08:43 Asia/Baku
-
İŞİD İraqın Huvəycə şəhərində 900 sivili oğurlayıb
İraqın Huvəycə şəhərindəki yerli mənbələr bildiriblər ki, İŞİD terror qrupunun ünsürləri bu şəhər əhalisindən 900 sivili oğurlayıblar.
IRNA-nın məlumatına görə, İŞİD terror qrupunun ünsürləri dünən səhər Kərkük şəhərindən cənub-qərbdə yerləşən Huvəycə şəhərinin əhalisi arasında geniş həbslər apardıqdan sonra onları naməlum məkanlara köçürüblər.
Bu məlumata görə, İŞİD ünsürləri bu mülkilərdən öz mövqelərinə qarşı ehtimal olunan hava və quru hücumları qarşısında insan qalxanı kimi istifadə edəcəklər.