İyul 01, 2017 14:48 Asia/Baku
  • Bəhreynlilər Şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər
    Bəhreynlilər Şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər

Bəhreyn xalqı bir daha bu ölkənin tanınmış din xadiminə dəstək və onun Manamanın qərbindəki Əldiraz qəsəbəsində icbari mühasirəsini pisləmək

Fars xəbər agentliyinin məlumatına görə, Sitrə, Səmahic və Əlməqşə məntəqələrinin sakinləri dünən gecə Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimlə həmrəylik əlaməti olaraq və Əldiraz məntəqəsinin icbari şəkildə mühasirəsinə qarşı aksiya keçiriblər.

Aksiya iştirakçıları Bəhreyndə qanlı qırğınları pisləyən və dünyasını dəyişənləri dəstəkləyən şüarlar veriblər.

Bu məlumata görə, Ali-Xəlifə rejiminin hərbçiləri Sitrədəki xalq aksiyasına divan tutublar.

Həmçinin Bəhreynin Buri qəsəbəsində də əhali Ali-Xəlifə rejiminin məhbəslərində saxlanılan məhbuslarla həmrəylik əlaməti olaraq aksiya keçirib.

Digər tərəfdən, Bəhreynin xəfiyyə qüvvələri dünən beşinci həftə dalbadal Əldiraz-da cümə namazının qılınmasına mane olublar. Onlar əhalini məcbur ediblər ki, öz namazlarını fərdi şəkildə İmam Sadiq(ə) məscidində qılsınlar.

 

 

Teqlər