İraq parlamentinin üzvü: Ali-Səud İŞİD-i himayəyə görə, mühakimə olunmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274838-İraq_parlamentinin_üzvü_ali_səud_İŞİd_i_himayəyə_görə_mühakimə_olunmalıdır
İraq parlamentinin sünni üzvü ölkəsinin silahlı qüvvələrinin Mosuldakı son qələbələrinə reaksiyada sosial şəbəkədəki şəxsi səhifəsində xəbərdarlıq edib ki, İŞİD-in xürafat dövləti süqut etdi, amma təhlükə qalmaqda davam edir, zira Ali-Səud hələ qalır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 13:40 Asia/Baku
  • Məşan Əlcəburi
    Məşan Əlcəburi

İraq parlamentinin sünni üzvü ölkəsinin silahlı qüvvələrinin Mosuldakı son qələbələrinə reaksiyada sosial şəbəkədəki şəxsi səhifəsində xəbərdarlıq edib ki, İŞİD-in xürafat dövləti süqut etdi, amma təhlükə qalmaqda davam edir, zira Ali-Səud hələ qalır.

IRNA-nın məlumatına görə, İraq parlamentinin sünni üzvü Məşan Əlcəburi twitter-dəki şəxsi səhifəsində bu barədə belə əlavə edib: İŞİD-in İraqda məhv edilməsilə təhlükə başa çatmayıb, zira bu terror qruplarının istehsalıçısı olan ifratçı və cinayətkarcasına təfəkkürlər Ali-Səud rejiminin himayəsi altında yaşayır və işini davam etdirir. Əlcəburi yazıb: Ali-Səud maliyyə dəstəyilə yeni terror təşkilatları təsis edə bilər.

İraq parlamentinin bu üzvü vurğulayıb: O zaman terrorizm xətərinin aradan qaldırıldığını və region və dünyanın dinclik üzünü görəcəyini demək olar ki, Ali-Səud məhv və ya mühakimə edilmiş olsun.

Əlcəburi səud dövlətinin İraq, Suriya, Liviya və Yəməndəki terror qruplarının cinayətlərinə dəstək verməsinə toxunaraq, Ərəbistan başçılarının səlahiyyətli beynəlxalq məhkəmələrdə mühakimə olunmalarını istəyib.