İŞİD İraqda yenə cinayət törətdi \ Qəfəsə salınmış 12 nəfər diri-diri yandırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274894-İŞİd_İraqda_yenə_cinayət_törətdi_qəfəsə_salınmış_12_nəfər_diri_diri_yandırıldı
İŞİD terror qruplaşması daha bir cinayətə imza ataraq, İraqın Kərkük vilayətində yerləşən Hüvəycə şəhərindən qaçmağa çalışan 12 şəhər sakinini dəmir qəfəsə salaraq, diri-diri yandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 04:50 Asia/Baku
  • İŞİD İraqda yenə cinayət törətdi \ Qəfəsə salınmış 12 nəfər diri-diri yandırıldı
    İŞİD İraqda yenə cinayət törətdi \ Qəfəsə salınmış 12 nəfər diri-diri yandırıldı

İŞİD terror qruplaşması daha bir cinayətə imza ataraq, İraqın Kərkük vilayətində yerləşən Hüvəycə şəhərindən qaçmağa çalışan 12 şəhər sakinini dəmir qəfəsə salaraq, diri-diri yandırıb.

İŞİD terrorçuları Neynəva vilayətində İraq ordusu qarşısında ardıcıl olaraq məğlub olmasının intiqamını almaq üçün ölkənin müxtəlif şəhərlərində sivil əhalini qırğın etməyə başlayıb. 

İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və onun Ərəb və qərbli müttəfiqlərinin maliyyə, silah, locistik və siyasi dəstəyi ilə İraqa hücum edərək, ölkənin şimal və qərb hissələrinə nəzarəti ələ keçirmişdi. Bunun ardınca İŞİD İraqda dəhşətli cinayətlər törətməyə başladı. 

O zamandan bəri iraqlı qüvvələr bir çox ərazii İŞİD-in işğalından azad etməyi bacarıb.