ABŞ təyyarələri ilə "səyahət" \ İŞİD Rəqqədən köçürülür
İyul 02, 2017 11:43 Asia/Baku
Suriya Parlamentinin bir üzvü ABŞ təyyarələrinin İŞİD terrorçularını Rəqqədən naməlum istiqamətə daşıdıqlarını bildirib.
İŞİD-in Suriyadakı əsas bazası sayılan Rəqqə şəhəri hazırda tam mühasirədədir və ABŞ dövləti İŞİD terrorçularını Rəqqədə üzləşdikləri hazırkı durumdan xilas etməyə çalışır.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya Parlamentinin üzvü Əmmar Əsəd ABŞ başda olmaqla Qərbin Suriya hökuməti qarşısındakı düşmən mövqeyinə işarə edib və deyib: Qərb dövlətləri xüsusi ilə də Amerika saxta video-görüntülər və əsassız iddialar ilə Suriya dövlətini cinayətkar qələmə vermək istəyirlər.