Dəməşqin "Ət-Təhrir" meydanında partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274912-dəməşqin_Ət_təhrir_meydanında_partlayış
Bu gün səhər Dəməşqin "Ət-Təhrir" meydanında bir ədəd bomba quraşdırılmış avtomobil partladılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 07:15 Asia/Baku
  • Dəməşqin
    Dəməşqin "Ət-Təhrir" meydanında partlayış

Bu gün səhər Dəməşqin "Ət-Təhrir" meydanında bir ədəd bomba quraşdırılmış avtomobil partladılıb.

İRNA-nın məlumatına görə, dövlət qüvvələri 2 ədəd bomba quraşdırılmış avtomobili Dəməşq şəhərinə daxil olmazdan öncə hava limanının ətrafında zərərsizləşdirməyə nail olublar. 

Amma, 3-cü avtomobil Dəməşqin Ət-Təhrir meydanında polis tərəfindən mühasirəyə alındıqdan sonra, terrorçular tərəfindən partladılıb. İlkin məlumatlara görə, bu hadisədə ölən və xəsarət alanlar olub. 

Bundan öncə də paytaxt Dəməşqin "Dəmər" məntəqəsində Suriya ordusunun yoxlama buraxılış məntəqəsində partlayış törədilmişdi. Bu hadisədə də bir neçə nəfər yaralanmışdı. 

Əl-Aləm kanalının bildirdiinə görə isə,  terrorçular Dəməşqin Baytarlıq meydanı və Dəməşq hava limanına gedən yolun başlanğıc nöqtəsini raket ilə hədəfə alıblar.