İyul 02, 2017 19:07 Asia/Baku
  • Sionistlər bir daha Əl-Əqsa məscidinə hücum ediblər
    Sionistlər bir daha Əl-Əqsa məscidinə hücum ediblər

Onlarla sionist qəsəbə sakini yenidən Əl-Əqsa məscidinə hücum edərək, müsəlmanların müqəddəs məkanına hörmətsizlik ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə sionist qəsəbə sakinləri bazar günü İsrail polisinin himayəsi altında Babül-müğaribə qapısı istiqamətindən Əl-Əqsa məscidinə doğru yürüş ediblər.

Bu məlumata görə, İsrail hərbçiləri bu hadisə ilə bir vaxtda Qüdsdə yaşayan müsəlman qadın və kişilərin Əl-Əqsa məscidinə girişinə mane olublar.

Sionistlər öz işğalçılıq siyasətlərini gerçəkləşdirmək və ona legitimlik bəxş etmək üçün davamlı olaraq Əl-Əqsa məscidinə hücum edir və İslam müqəddəslərinə hörmətsizlik edirlər.

2015-ci ilin oktyabrından Qüds İntifazəsinin başlanmasından bəri 320 fələstinli sionistlər tərəfindən şəhid edilib, yüzlərlə nəfər yaralanıb və ya həbs edilib.

Teqlər