İyul 02, 2017 19:28 Asia/Baku
  • Mosulda İŞİD-in sonu
    Mosulda İŞİD-in sonu

İraqlı qüvvələr Qədim Mosulda Ən-Nücəyfi küçəsində yerləşən Bilal Həbəşi məscidini, Dəmir Körpünü və Çərşənbə bazarını terrorçuların işğalından azad ediblər. Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı davam edir.

 

Bu arada İran İslam Şurası Məclisinin sədri və üzvləri bir bəyanat qəbul edərək, Mosulun azad edilməsi münasibəti ilə İraq Parlamentinin üzvlərini təbrik edib və İraqın terrorçulardan təmizlənməsinə kimi terrorizmə qarşı mübarizənin davam etdirilməsini vurğulayıblar.

 

İraqlı hərbçi:

İŞİD terrorçuları arasında bizimlə savaşmaq üçün gələn amma, sonda məğlub olan Amerika, Britaniya və digər qərb ölkələri vətəndaşları da müşahidə edilib.

 

İraqlı hərbçi:

Mosulun terrorçulardan tam şəkildə azad edilməsinə az qalıb.

 

Ordu komandanları isə Mosulda savaşın üz-üzə döyüş mərhələsinin artıq başa çatdığını və hazırda qaçmaqda olan İŞİD terrorçularını təqib etməklə məşğul olduqlarını deyirlər.

 

İraqlı hərbçi:

Ərəb və xarici terrorçulardan olan 600-dən çox yaraqlı məhv edilib. Öldürülənlər arasında İŞİD-in 3 qondarma naziri də var.

 

Neynəva Əməliyyat Komandanlığı Mosulun tam şəkildə azad edilməsinin iraqlı qüvvələrin Rəəsul-Kur küçəsinə çatması və daha sonra Dəclə çayının sahilində yerləşən Əl-Meydan məhəlləsinə nəzarəti təmin etməsi ilə təkmilləşəcəyini bildirir. Deyilənlərə görə, Əl-Meydan məhəlləsində hələ də onlarla xarici terrorçu mühasirədədir.

 

Teqlər