İyul 02, 2017 20:57 Asia/Baku
  • Qətər Birjasında indekslər sürətlə düşür
    Qətər Birjasında indekslər sürətlə düşür

Ərəb ölkələrinin şərtlərinin qəbul edilməsi üçün Qətərə verdikləri ultimatumun ardınca Qətər Birjasında indekslər sürətlə azalmağa başlayıblar.

Röyters-in verdiyi məlumata görə, 4 Ərəb ölkəsinin Qətər üçün təyin etdikləri möhlət 3 iyul tarixində başa çatacaq. Belə bir şəraitdə Qətər Birjasında indekslər sürətlə azalmağa başlayıb. Belə ki, bu ölkənin səhmləri 3.1% dəyər itirib.

Ötən iyun ayının 5-indən Ərəbistan, BƏƏ, Bəhreyn və Misir Qətər ilə bütün diplomatik əlaqələrini kəsərək, bu ölkəni iqtisadi blokadaya alıblar. Bu müddət ərzində Qətər Birjası 11.9%-lik bir azalmanın şahidi olub.

Ərəbistan və müttəfiqləri ötən ayın sonlarında Qətərə 13 maddəlik bir siyahı təqdim edərək, tələblərinin yerinə yetirilməsi üçün Dohaya 10 gün möhlət verdilər. Qətər isə bu tələblərin qəbuledilməz olduğunu bildirib.

Qətər qarşısında təyin edilmiş şərtlər arasında ən mühüm olanları İran və Livan Hizbullahı ilə əlaqələrin kəsilməsi, Əl-Cəzirə telekanalının fəaliyyətinin dayandırılması və Türkiyənin bu ölkədəki hərbi bazasının bağlanmasıdır.

Teqlər