Qətəri bu rahatlığa yeyib udmaq olmaz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274968-qətəri_bu_rahatlığa_yeyib_udmaq_olmaz
Qətərin müdafiə naziri: Qətər kiçik bir ölkə deyildir ki, hər kəs onu asanlıqla yeyib uda bilsin və hər cür hərbi müdaxilə təqdirində özümüzü müdafiə edəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 06:23 Asia/Baku
  • Qətəri bu rahatlığa yeyib udmaq olmaz
    Qətəri bu rahatlığa yeyib udmaq olmaz

Qətərin müdafiə naziri: Qətər kiçik bir ölkə deyildir ki, hər kəs onu asanlıqla yeyib uda bilsin və hər cür hərbi müdaxilə təqdirində özümüzü müdafiə edəcəyik.

Xalid bin Muhəmməd Ələtiyyə bir telemüsahibədə ümidvarlıq edib ki, Qətərin Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ilə əlaqələri bundan artıq böhranlı olmayacaq.

Ələtiyyə bir daha vurğulayıb ki, Qətər hər cür hərbi müdaxilə təqdirində özünü müdafiə etməyə hazırdır.

O, əlavə edib: Qətər kiçik bir ölkə deyildir ki, hər kəs onu asanlıqla yeyib uda bilsin. Biz ölkəmizi müdaifəyə tam hazırıq. Ümid edirik, elə bir mərhələyə çatmayaq ki, hərbi müdaxilənin şahidi olmuş olaq, amma daim özümüzün tam hazırlığımızı qoruyub saxlayacağıq. Biz buradayıq ki, öz ölkəmizi müdafiə edək və bu işi görəcəyik.

Belə bir halda, Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani bundan öncə bildirmişdi ki, ölkəsi stabil bir regionda yerləşir və səudlaırn hərbi müdaxiləsindən əsla qorxmur.

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn bu gün səhər tezdən Küveyt əmirinin xahişilə özlərinin 13 bəndlik tələblərinə cavab verməsi üçün Qətərə təyin olunmuş möhlətin 48 saat uzadılması ilə razılaşıblar.

Küveyt əmirinin xahişilə razılıq Qətər dövlətinin Küveyt əmiri Səbah Əhməd Əssəbaha Dohanın həmin dörd ərəb ölkəsinə ünvanlanmış rəsmi məktubunun hazır olduğunu və bazar ertəsi günü rəsmən Küveyt əmirinə təhvil veriləcəyini bildirməsindən sonra əldə olunubdur.

Ərəbistan ilə onun müttəfiqlərinin Qətərə irəli sürdükləri ən mühüm tələb və şərtlər Qətərin Livan Hizbullahı və İran ilə diplomatik əlaqələrini kəsməsi, Əlcəzirə telekanalının tamamilə bağlanması və Türkiyənin Qətər ərazisindəki hərbi bazasının yığışdırılmasıdır.

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn iyunun beşində Dohanın ifratçı qruplara dəstək verməsi məsələsini irəli sürərək, Qətərlə əlaqələrini kəsdilər.