İyul 03, 2017 11:35 Asia/Baku
  • Terrorçular Suriyada kimyəvi hücum niyyətindədirlər
    Terrorçular Suriyada kimyəvi hücum niyyətindədirlər

İnformasiya qaynaqları Cibhətunnusrə terror qrupunun Suriyanın Xan Şiyxun və Kəfəriyya məntəqələrində kimyəvi hücum həyata keçirmək üzrə planlarından xəbər veriblər.

Bir suriyalı hərbi mənbə bildiribdir ki, Cibhətunnusrə Xan Şiyxun və Kəfəriyya məntəqələrindəki anbarlarda mövcud olan sarin qazından istifadə edərək, təhrikedici addım atmağa hazırlaşır və bu terror qrupunun başçılarından biri, eləcə də Amerika və Türkiyənin bəzi vətəndaşları Xan Şiyxunda sarin qazının işlədilməsinə hazırlıq prosesində iştirak edirlər.

Belə bir halda, ötən günlərdə amerikalı rəsmilər yenidən iddia ediblər ki, Suriya dövləti müxaliflərinə qarşı kimyəvi hücuma hazırlaşır. Rusiya və onun müttəfiqləri amerikan rəsmilərin bu sözlərini Suriyada hərbi müdaxiləyə bir müqəddimə hesab edirlər.

Digər bir xəbərə görə, bir suriyalı mənbə bildiribdir ki, dörd suriyalı hərbçi İŞİD-in Diyrəzzurda ərzaq maddələrini boşaltmaqda olan Suriya ordusunun bir vetolyotuna qarşı hücumunda həyatını itirib.

Bir diplomatik mənbə də İŞİD tərəfindən Fəratın suyunun bağlanması yolu ilə Diyrəzzur sakinlərinin suyunun kəsiləcəyi ehtimalından xəbər verib. Bu mənbə vurğulayıb ki, BMT Diyrəzzurda və onun ətrafındakı məntəqələrdə baş verən hadisələrə diqqət yetirməlidir, lakin təəssüflər olsun ki, dünya ictimaiyyəti tərəfindən bu məsələyə heç bir reaksiya verilməyibdir.

 

 

Teqlər