İyul 03, 2017 12:43 Asia/Baku
  • İraq bayrağı
    İraq bayrağı

Bir qrup İŞİD başçısı üçün sığınacağa çevrilmiş Mosul şəhərinin ən böyük xəstəxanasının azad edilməsilə İraq bayrağı İŞİD-in Mosulun qərbindəki bir növ ən böyük bazasının üzərində dalğalanıb.

Şəhərin ən böyük xəstəxanasının azad edilməsilə bir vaxtda İŞİD qalıqlarının hələ də mövcud olduqları Mosulun qədim hissəsinin məntəqələrində döyüşlər davam edir. İraqın hərbi komandanları deyirlər ki, xərçəng şişinə bənzəyən bir dəstə ilə döyüş aparmaqdadırlar, zira o hər yerə səpələnibdir. Bu qrupun ünsürləri şəhərdən geri oturdulublar, amma bu şəhərdə yüzlərlə mina və partlayıcı maddə qalıbdır. Eyni zamanda bu ifratçı qrupla səkkiz ay döyüş hərçənd onların geri oturmaları ilə nəticələnib, amma bu geriçəkilmədən sonra şəhərdən bir xarabalıq qalıbdır. Buna görə, bu geriçəkilmənin nəticəsini çox ağır hesab etmək lazımdır.

 

 

Teqlər