İyul 04, 2017 13:42 Asia/Baku
  • İraqın Kərkük vilayətində 10 terrorçu öldürüldü
    İraqın Kərkük vilayətində 10 terrorçu öldürüldü

İraq ordusu qırıcıları Kərkükün qərbində yerləşən Huveycə məntəqəsində İŞİD terrorçularının mövqelərini bombalayıb. Nəticədə 10 terrorçu zərərsizləşdirilib.

IRIB-nin verdiyi məlumata görə, İraqın müharibə təbliğatı informasiya portalı bir bəyanat yayaraq, bu ölkə ordusu hava qüvvələrinin Huveycədə İŞİD-in əsas qərargahlarını hədəfə alaraq, avtomobillərə bomba quraşdıran emalatxananı və terrorçuların əsas partlayıcı maddə anbarını məhv etməsindən xəbər verib. Bu məlumata görə, əməliyyat zamanı 10 terrorçu da öldürülüb. 

İraqlı qüvvələr Neynəva vilayətinin terrorçulardan təmizlənməsindən sonra Kərkük vilayətində yerləşən Huveycə məntəqəsini azad etməyə hazırlaşır. 

İraqdan daxil olan bir başqa məlumata görə, Qədim Mosulda Nəql meydanı, çoxmərtəbəli avtomobil parkı və Camiəlizam məntəqəsi terrorçulardan təmizlənib. 

Teqlər