Ali-Xəlifə rejimi bəhreynli şəhidlərin cənazələrini ailələrinə təhvil vermir
-
Ali-Xəlifə rejimi bəhreynli şəhidlərin cənazələrini ailələrinə təhvil vermir
Ali-Xəlifə rejimi sionist İsrail rejimi və Ali-Səud rejiminin yolunu gedərək, bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən öldürülən vətəndaşların cənazələrini ailələrinə təhvil verməkdən çəkinir.
İRNA-nın məlumatına görə, Bəhreyn dövləti bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən işgəncə edilərək öldürülən və ya məhkəmə tərəfindən barəsində edam qərarı çıxarılaraq, qətlə yetirilən şəxslərin cənazələrini ailələrinə təhvil verməkdən çəkinir.
İnsan haqları müdafiəçiləri bildirirlər ki, Bəhreyn dövləti 13 nəfərin cəsədini ailələrinə təhvil verməyərək, onları təhlükəsizlik orqanlarının nəzarəti altında ailələrinin xəbəri olmadan dəfn edib.
Ali-Xəlifə rejimi 2017-ci ildə 3 fəalı edam etdikdən sonra onların cənazələrini ailələrinə təhvil verməyib. Bununla da onların ailələrini qanuni və təbii haqlarından məhrum edib.
Bəhreyn rejimi həmçinin, mühasirədə olan Əd-Diraz məntəqəsinə edilən hücum zamanı öldürülən 5 bəhreynlinin cənazəsini ailələrinə təhvil verməyərək, daha sonra onalrı gizli şəkildə dəfn edib.