Yəmənlilər Ərəbistanın mövqelərinə hücum ediblər
İyul 05, 2017 19:49 Asia/Baku
Yəmənin hərbi mənbələri səud hərbçilərinin Ərəbistanın cənubundakı mövqelərinə qarşı iki ədəd “Uraqan” raketinin atılmasından xəbər veriblər.
Fars xəbər agentliyinin məlumatına görə, Yəmən ordusunun raket bölməsi bu iki raketi səud hərbçilərinin Əsir məntəqəsindəki “Əldair” qarnizonunda toplaşdıqları məkana atıbdır.
Bu raketlər nəzərdə tutulan hədəflərə dəqiq şəkildə dəyiblər. Hələ bu hücum ilə bağlı tələfat barədə bir məlumat yayılmayıbdır.
Ənsarullah və Yəmən ordusunun raket bölməsi bazar ertəsi günü gecə də bir ədəd raketi səud hərbçilərinin Cazan məntəqəsindəki mövqelərinə atmışdı. Bu hücumda bir qrup səud hərbçisi öldürülmüşdü.