Ərəbistanın düşmənçilik mövqeyi; Qətərə sanksiyalar davam edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275318-Ərəbistanın_düşmənçilik_mövqeyi_qətərə_sanksiyalar_davam_edəcək
Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Dohaya qarşı düşmənçilik siyasətlərinin davamında bildirib ki, Qətərə sanksiyalar Ərəbistanın şərtlərinin icra olunduğu zamana qədər davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 04:24 Asia/Baku
  • Səudiyyə Ərəbistanının xarici işlər naziri
    Səudiyyə Ərəbistanının xarici işlər naziri

Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Dohaya qarşı düşmənçilik siyasətlərinin davamında bildirib ki, Qətərə sanksiyalar Ərəbistanın şərtlərinin icra olunduğu zamana qədər davam edəcək.

Səudiyyə Ərəbistanı və müttəfiqləri (Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn) 5 iyunda ayrı-ayrı bəyanatlarda Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bildiriblər. Bu 4 ölkə Qətəri Ər-Riyadın rəhbərlik etdiyi Ərəb koalisiyası ilə eyni istiqamətdə hərəkət etməməkdə suçlayıb. 

Bu dörd ölkə həmçinin 23 iyunda 13 maddəlik şərtləri Qətərə təhvil verib və Doha ilə münasibətlərin normallaşmasının bu tələblərin hamısının reallaşması ilə şərtli olduğunu bildirib. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Qətərə təyin etdikləri ən önəmli şərt bu ölkənin İran və Hizbullahla diplomatik əlaqələrinin durdurulması, Əlcəzirə televiziyasının tam şəkildə fəaliyyətinin dayandırılması və Türkiyənin Qətər ərazisindəki hərbi bazasının yığışdırılmasına şamil olur.