İyul 06, 2017 15:54 Asia/Baku
  • Qətərlə bağlı 4 tərəfli Qahirə iclası
    Qətərlə bağlı 4 tərəfli Qahirə iclası

Misir, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn xarici işlər nazirləri Qahirədə bir araya gələrək, rəsmi Dohanın onların 13 bənddən ibarət olan tələblərinə verdiyi rədd cavabını araşdırıblar.

Qətər ilə diplomatik əlaqələrini kəsən və bu ölkəni mühasirədə saxlayan 4 ərəb ölkəsi rəsmi Dohanın tələblərinə rədd cavabı verməsindən məyus olaraq, bu ölkəni daha artıq sanksiyalar ilə təhdid ediblər. Qətərdən rədd cavabı alan Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin xarici işlər nazirləri Qətərin cavabını araşdırmaq üçün Qahirədə bir araya gəliblər. Doha Ərəbistan, BƏƏ, Bəhreyn və Misirin tələblərinə qarşı çıxaraq, terrorizmi himayə bəhanəsi ilə Qətər ilə diplomatik əlaqələrin kəsilməsini əslində bu ölkənin milli hakimiyyətini zəiflətmək məqsədi daşıdığını və Qətərin buna icazə verməyəcəyini bildirib.

Ali-Sani İran ilə əlaqələrin kəsilməsi tələbini də rədd edib və deyib: İran bizim qonşumuzdur və məntəqənin coğrafiyasını dəyişmək mümkün deyil. Eyni zamanda İran ilə ortaq maraqlarımız da var.

Qətər ilə diplomatik əlaqələrini kəsən 4 ölkənin xarici işlər nazirlərinin iclası Qahirədə öz işini başa vursa da, iclasın sonunda Qətərlə bağlı hansısa yeni qərar qəbul edilməyib. Onlar, Dohaya qarşı siyasi və iqtisadi təzyiqlərin davam edəcəyini bildiriblər.

Misirin xarici işlər naziri Sameh Şükrü Qahirə iclasının nəticələrini açıqlayaraq deyib: "Hər 4 ölkə terrorizm və ifratçılığı himayə və digər ölkələrin daxili işlərinə müdaxilə etməyi qəbuledilməz hal hesab edir. Həmçinin, Qətər qarşısında qoyulan tələblər 6 bənddən ibarət olan Ərəb bəyannaməsinə və Ərəb ölkələrinin milli təhlükəsizliyini himayə prinsipinə sədaqət habelə, beynəlxalq sülh və təhlükəsizliyin qorunması , terrorizm və ifratçılıq ilə mübarizə və regiondakı böhranlar üçün siyasi həll yoluna nail olmaq üzrə münasib atmosferin yaradılması çərçivəsində olub. Çünki, Qətərin bu məsələlərlə bağlı destruktiv mövqeyinə göz yummaq artıq qeyri mümkündür."

 

Misir, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin xarici işlər nazirləri Qahirə iclasının sonunda birgə bəyanat yayaraq, Qətərdən Ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmasını və terrorizm ilə mübarizə prinsiplərinə sədaqət nümayiş etdirməsini istəyiblər. Onlar Dohadan Ər-Riyadda keçirilən son Amerikan – İslam sammitinin qərarlarına hörmətlə yanaşmasını tələb ediblər.

Ərəbistanın xarici işlər naziri Adil əl-Cübəyr isə Qətərlə bağlı atılacaq növbəti addımlara gəlincə deyib: "Atılacaq yeni addımlar haqda məsləhətləşmələr davam edir və beynəlxalq qanunlara uyğun bir qərar qəbul ediləcək. Vəziyyəti dəyərləndirdikdən sonra öncə görülməsi lazım olan tədbirlər araşdırılacaq və razılaşdırıldıqdan sonra münasib zamanda elan və icra ediləcək."

 

Ərəbistanın xarici işlər naziri bir daha İranın terrorizmi himayə etməsinə dair əsassız ittihamları təkrar edib. Bəhreynin xarici işlər naziri isə Fars Körfəzi Əməkdaşlıq Şurasında Qətərin üzvlüyünə xitam verilməsi barədə deyib: Bu məsələ Fars Körfəzi Əməkdaşlıq Şurası çərçivəsində araşdırılacaq.   

 

Teqlər