İyul 07, 2017 09:50 Asia/Baku
  • Yəmənin cənubunda yaşayış məntəqələri Ərəbistan qırıcıları tərəfindən bombardman edildi
    Yəmənin cənubunda yaşayış məntəqələri Ərəbistan qırıcıları tərəfindən bombardman edildi

Ərəbistan qırıcıları cümə axşamı Yəmənin cənubunda Təiz vilayətində bir sıra yaşayış məntəqəsini bombalayıblar. Bu hücumlarda ən azı 8 mülkinin həyatını itirdiyi və bir qrup insanın da yaralandığı bildirilir.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Təiz vilayətinin Əl-Bərəh məntəqəsini 4 dəfə bombalayıblar. 

Ərəbistan qırıcıları ötən günlər ərzində Təiz vilayətinə qarşı hücumlarını artırıblar. 

Ərəbistanın Yəmənə hərbi təcavüzləri indiyə kimi 12 mindən çox yəmənlinin ölməsinə, on minlərlə insanın  yaralanmasına, milyonlarla nəfərin didərgin düşməsinə səbəb olub. 

Ərəbistanın Yəmənə qarşı hücumları bu ölkədə ərzaq qıtlığı və xəstəliklərin yayılmasına səbəb olub. 

Teqlər