Mosul azad olundu
İraqın Müştərək Əməliyyat Komandanlığı bir bəyanatda bildirib: Mosulun qədim hissəsi bu gün İraq qüvvələrinin nəzarətinə keçdi və bu şəhərin tam azad olunmasına bir neçə metr qalıb.
Süməriyyə Nyuzun məlumatına görə, Moslun qədim hissəsinin azad olunması ilə bütün Mosul şəhəri tam azad olunacaq.
Əl-Məyadin telekanalı bildirib: İraq qüvvələri hərbi cəhətdən Mosul şəhərinə tam nəzarət edirlər və əl-Meydan bölgəsinin şərqində Dəclə çayının kənarında bir zolaq qalmışdır.
Başqa bir məlumata görə, qərb sahilindən Mosulun şərq sahilinə daxil olmağa cəhd edən İŞİD terrorçularının uğursuzluğu nəticəsində 35 İŞİD-çi öldürülüb və 6 nəfər də həbs olunub.
Mosulun şərq hissəsi 24 yanvar 2017-ci ildə İŞİD terrorçularının işğalından azad olundu. Mosulun qərb hissəsinin azad olunması əməliyyatı da 19 fevralda başlandı və 29 iyunda sona çatdı.