İraq Milli Koalisiyasının rəhbəri Mosulun azad olunması prosesini açıqladı
İraqın Milli Koalisiyasının rəhbəri deyib: Mosul və İraqın digər bölgələrindəki son qələbələr İraq xalqının milli iradəsinə əsasən və xarici qüvvələrə arxalanmadan əldə olundu. İraq xalqının köməyi və Allahın yardımı ilə İraqda İŞİD-in kökünü kəsəcəyik.
Seyid Əmmar Həkim bildirib: Milli həmrəylik, İraqın bərpası, korrupsiya ilə mübarizə İraq hökumətinin digər proqramları olacaqdır.
O deyib: İraqın regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi də İŞİD-dən sonrakı dövrdə İraq hökumətinin proqramları sırasına daxildir. Həmçinin öz növbəsində İraq təzyiqləri azaltmaq və İŞİD-in İraqa yenidən təcavüz eməməsi və bu ölkənin təhlükəsizliyi ilə bağlı region ölkələrində arxayınlığın yaradılması çox əhəmiyyətlidir.
Əmmar Həkim İraqda İŞİD-dən sonrakı prioritetlər haqda deyib: Mosulun və digər bölgələrin İŞİD-in işğalından azad edilməsi əməliyyatı İraq qüvvələrinin öz ölkələrini mühafizə etməyə qadir olduğunu və xarici qüvvələrin İraqda iştirakına ehtiyacın duyulmadığını göstərdi. Eyni zamanda İraq və bəzi ölkələr, o cümlədən ABŞ arasında iraqlı qüvvələrin silahlandırılması və təlimi, eləcə də informasiya mübadiləsi üzrə hərbi və təhlükəsizlik əməkdaşlıqları protokollara təmərküz edir.
O həmçinin İraq Xalq Səfərbər Qüvvələri haqda deyib: Bu qüvvələr indiyə qədər öz addımları ilə İraqda İŞİD-i məğlubiyyətə uğradıb və hazırda İraqın milli fəxridir. İraqda belə güclü döyüşçülərin olması güclü ölkənin parametrlərindəndir. İŞİD islam dünyası və beynəlxalq ictimaiyyət üçün təhlükədir və hər kim regional şəriklərinə təzyiq vasitəsi olaraq İŞİD-dən istifadə etmək istəyərsə, onlara məkrli alovların çatacağını bilməlidir. İŞİD bütün bəşəriyyət üçün düşməndir.