Mosulun qədim bölməsində onlarla İŞİD-çi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275640-mosulun_qədim_bölməsində_onlarla_İŞİd_çi_öldürülüb
Daha onlarla İŞİD-çi İraqın Mosul şəhərinin qədim bölməsində öldürülübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2017 04:59 Asia/Baku
  • Mosulun qədim bölməsində onlarla İŞİD-çi öldürülüb
    Mosulun qədim bölməsində onlarla İŞİD-çi öldürülüb

Daha onlarla İŞİD-çi İraqın Mosul şəhərinin qədim bölməsində öldürülübdür.

Sputnik xəbər agentliyinin məlumatına görə, İraq ordusu bir bəyanatda bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri şənbə günü İŞİD-in 35 üzvünü Mosulun qədim bölməsindəki sonuncu bazalarından qaçarkən öldürüblər.

Bəyanatda həmçinin deyilir ki, İraqın təhlükəsizlik qüvvələri altı İŞİD-çini də həbs ediblər.

İraq müştərək əməliyyat komandanının sözçüsü Yəhya Rəsul da bildiribdir ki, Dəclə çayının ətrafında pərakəndə döyüşlərin getməsinə rəğmən, iraqlı qüvvələr Mosulun qədim bölməsinə tam nəzarət edirlər.