İyul 09, 2017 10:45 Asia/Baku
  • İŞİD terrorçuları Mosulda evləri dağıdıblar
    İŞİD terrorçuları Mosulda evləri dağıdıblar

İŞİD terrorçuları Mosuldakı məğlubiyyətlərindən sonra bu məntəqədəki evləri dağıtmağa başlayıblar.

Əlaləm telekanalı Mosuldakı hərbi mənbələrə istinadla bildiribdir ki, İŞİD terrorçuları Mosulun Əlnəcifi məntəqəsində bomba qoyulmuş bir neçə evi partladıblar ki, bu məsələ evlərin minlərlə iraqlının başına uçması ilə nəticələnib.

Bu məlumata görə, Mosuldakı ağır məğlubiyyətdən sonra yerdə qalmış cüzi İŞİD ünsürləri bu şəhərdəki evlərin və infrastrutkur təsisatların dağıdılmasını öz praqramlarının prioriteti qərar veriblər.

İraq ordusunun Mosuldakı hərbi qərargahı bu barədə belə qeyd edib: Şərait belədir ki, İŞİD terror qrupu Mosul ərazisinin bir kvadrat kilometrindən az bir ərazini işğalda saxlayır, lakin mülkilərdən insan sipəri kimi istifadə edərək, iraqlı qüvvələr qarşısında müqavimət göstərmək niyyətindədir.

Teqlər