Ərriyadın büdcə çatışmazlığı
İyul 09, 2017 08:08 Asia/Baku
Mühacirət vergisi qanununun icrası ilə 2020-ci ilədək Ərəbistan ərazisini tərk edəcək xarici fəhlələrin sayı 670 min nəfərdən yuxarı olacaq.
Dünən “Mühacirət vergisi” adı altında Ərəbistanda yaşayan xarici fəhlələrdən verginin alınması qanununun icrası başlanıbdır ki, ona əsasən, hər bir xarici fəhlə və onun Ərəbistanda yaşayan ailəsinin üzvləri adambaşına vergi ödəməlidir, amma bu rəqəm gələn milad ilində iki dəfə artacaqdır.
IRNA-nın məlumatına görə, mühacirət vergisi qanununun icrasının ardınca hər il Ərəbistan ərazisini tərk edəcək xarici fəhlələrin sayı 165 min nəfərdən çox olacaq.
Yəmən müharibəsinin Ərəbistan üçün olacaq böyük xərcləri Ərriyadı sərt iqtisadi siyasət yeritməyə və xarici fəhlələri işdən çıxarmağa vadar edibdir.
Teqlər