Mosulda qələbə bayramı
Mosul şəhərinin azad edilməsi ilə İraq xalqı, silahlı qüvvələr, səfərbər xalq qüvvələri və Mosul əhalisi bu böyük qələbəni şənlik edərək, qeyd edir.
İraqlılar Mosulun azad olunmasını qeyd edirlər. Hələ, Mosulun azad olunması xəbərinin rəsmən baş nazir tərəfindən elan edlməsindən öncə, dünən ŞİD-in sonuncu qərargahının da ələ keçirilməsinin ardınca, İraq ordusu şəhərdəki dövlət binalarının üzərinə dövlət bayrağı sancıb.
Bununla da şəhər sakinləri küçələrə axışaraq, bu müvəffəqiyyəti qeyd edib. Şənliklər gecə boyunca davam edib.
İŞİD-in İraqdakı ən güclü qalası süqut etdi. Və Mosul şəhəri 3 il davam edən işğalın ardınca azad olundu.
Mosul sakini:
Biz iraqlılar əl-ələ verərək, aramızda ixtilaf törətmələrinə icazə verməyəcəyik.
Mayor Kərim Əl-Ami – Birləşmiş Polis Qüvvələri komandanı:
Əgər dini mərcəlik olmasaydı, qələbə də olmazdı. İraq xalqı daim dini mərcəliyin qədrini birlməlidir.
Mosulun azad edilməsini bir şəhər və ya məntəqənin azad edilməsi hesab etmək olmaz. Bu azadlığın böyük əhəmiyyəti və sonsuz mesajları var. Ən mühüm mesajı isə regionu parçalamağa hesablanmış sionist-təkfirçi ssenarinin uğursuz alınmasıdır.
İraqlı hərbçi:
Bu qələbə münasibəti ilə İraq ordusu, səfərbər xalq qüvvələri və İŞİD ilə savaşa dəstək olan İraq xalqını təbrik edirəm.
İraqlı hərbçi:
Bu qələbəni şəhid ailələrinə hədiyyə edirik. Çünki, o şəhidlərin qanı bahasına bu azadlığa nail olmuşuq.
3 il öncə bu şəhəri işğal edən İŞİD terrorçuları Mosulu özlərinə yuva edib, İraq və Suriya hökumətlərini devirmək xəyalına qapılmışdılar. Amma, bacarmadılar.