İyul 11, 2017 12:11 Asia/Baku
  • Lomond: İŞİD hələ də regionda gərginlik amilidir
    Lomond: İŞİD hələ də regionda gərginlik amilidir

Fransada çıxan Lomond qəzeti yazır: İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərində məğlub olmasına baxmayaraq, bu qruplaşma hələ də İraq, region və dünyada gərginlik amili sayılır.

Lomond qəzetinin yazdığına görə, İŞİD hərbi baxımdan süqut ərəfəsindədir. Buna görə də, İŞİD ideoloji baxımdan da məhv edilməlidir. Əks təqdirdə, bu qruplaşma hələ də region və dünya üçün gərginlik amili olaraq qalacaq. 

Lomondun yazdığına görə, İŞİD terror qruplaşmasının formalaşması və Əbubəkr Əlbəğdadinin liderliyi ilə xilafət elan etməsi ifratçılıq tarixində misli görünməmiş hadisə olaraq, minlərlə nəfərin ölməsi və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub. 

İŞİD terror qruplaşması ötən illər ərzində ABŞ və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə, logistik, hərbi, siyasi və media dəstəyi ilə region ölkələri o cümlədən İraq və Suriyada dəhşətli cinayətlər törədib. Amma, ötən aylar ərzində müqavimət cəbhəsinin ağır zərbələri qarşısında davam gətirməyərək, süqut edib. 

Teqlər