Müqtəda Sədr Mosulun süqut etməsinə səbəb olanların mühakimə edilməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275950-müqtəda_sədr_mosulun_süqut_etməsinə_səbəb_olanların_mühakimə_edilməsini_istədi
İraqda Sədr cərəyanının başçısı 2014-cü ildə Mosulun İŞİD-in əlinə keçməsində mqəssir olanların mühakimə edilməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 12:01 Asia/Baku
  • Müqtəda Sədr Mosulun süqut etməsinə səbəb olanların mühakimə edilməsini istədi
    Müqtəda Sədr Mosulun süqut etməsinə səbəb olanların mühakimə edilməsini istədi

İraqda Sədr cərəyanının başçısı 2014-cü ildə Mosulun İŞİD-in əlinə keçməsində mqəssir olanların mühakimə edilməsini istədi.

İRİB-nin verdiyi məlumata görə, Müqtəda Sədr Mosulun azad edilməsi münasibəti ilə İraqlı qüvvələri təbrik edib və onlardan vəziyyətə nəzarəti öz əllərində saxlamalarını istəyib.

İraqlı qüvvələrdən ölkə sərhədlərində xüsusi ilə də Qərb sərhədlərində təhlükəsizliyi təmin etmələrini istəyən Müqtəda Sədr daha sonra baş nazir Heydər Əl-İbadidən istəyib ki, İŞİD-in işğalından azad edilmiş ərazilərdə heç bir silahlı qrupa təhlükəsizliyi təhdid etmək icazəsi verməsin.

Müqtəda Sədr daha sonra Mosul əməliyyatı zamanı xəsarət alanlara və didərgin düşən əhaliyə xüsusi qayğının göstərilməsini istəyib.