İyul 11, 2017 17:43 Asia/Baku
  • Ərəbistanlı gənc şiə barədə çıxarılan edam hökmü qüvədə saxlanıldı
    Ərəbistanlı gənc şiə barədə çıxarılan edam hökmü qüvədə saxlanıldı

Ərəbistanın Apelyasiya Məhkəməsi 2014-cü ildə həbs edilmiş gənc barəsində çıxarılan edam qərarını qüvvədə saxlayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistanın Apelyasiya Məhkəməsi dünən Ər-Riyad Cinayət Məhkəməsi tərəfindən 2016-cı ildə Əbdülkərim Əl-Həvac barəsində çıxarılan edam qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarı yekun olaraq təsdiq edilməsi üçün Ər-Riyad Ali Məhkəməsinə göndərilib. Sonda edam qərarı icraya qoyulmazdan öncə Ərəbistan kralı tərəfindən təsdiq edilməlidir.

2015-ci ildə 19 yaşında həbs edilən Əl-Həvac 2012-ci ildə, Qətif şəhərində keçirilən etiraz aksiyasında iştirak etməkdə ittiham edilir.

Ali-Səud rejimi 2016-cı ildə də Ərəbistanın tanınmış şiə ruhanisi Şex Nəmər Baqir Əl-Nəməri hakim rejimin haqsızlıqlaraı və zülmü əleyhinə çıxış etdiyi üçün edam etmişdi.

Teqlər