İŞİD Əbubərk Əl-Bəğdadinin ölüm xəbərini təsdiq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275968-İŞİd_Əbubərk_Əl_bəğdadinin_ölüm_xəbərini_təsdiq_etdi
İŞİD terror qruplaşması bir bəyanat yayaraq, bu terror qruplaşmasının əsas başçısı Əbubəkr Əl-Bəğdadinin öldüyünü elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 14:30 Asia/Baku
  • İŞİD Əbubərk Əl-Bəğdadinin ölüm xəbərini təsdiq etdi
    İŞİD Əbubərk Əl-Bəğdadinin ölüm xəbərini təsdiq etdi

İŞİD terror qruplaşması bir bəyanat yayaraq, bu terror qruplaşmasının əsas başçısı Əbubəkr Əl-Bəğdadinin öldüyünü elan edib.

İRİB-nin İraqın Süməriyə Nyus informasiya agentliyinə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşması çərşənbə axşamı bir bəyanat yayaraq, Əbubəkr Əl-Bəğdadinin ölüm xəbərini təsdiq edərək, yeni xəlifənin təyin ediləcəyini bildirib.

Bu mənbə əlavə edib: 2 gün öncədən Təl Əfərdə Əbubəkr Əl-Bəğdadinin ölümü ilə bağlı danışmağın qadağan edilməsini nəzərə alaraq, onun ölüm xəbərinin tezliklə elan olunacağı proqnoz edilirdi.

Əl-Aləm kanalı da Süməriyə Nyusa istinadla bildirib: Əbubəkr Əl-Bəğdadinin ölüm xəbərinin hər hansı kənar təbliğat və reklam xarakteri daşıyan hay-küylü formada elan edilməməsi bu hadisə ilə bağlı bir sıra sualların yaranmasına səbəb olub.