Beynəlxalq Amnistiya fələstinli qadının təhqir edilməsinə reaksiya verdi
Beynəlxalq Amnistiya Təşkilatı sionist rejim hərbçilərinin bir fələstinli qadını təhqir edərək və çılpaq şəkildə dindirməsinin dərhal araşdırılmasını istəyib.
Sionist rejim hərbçiləri 2 iyulda fələstinli qadın Xəttam Səafini əsir götürdükdən sonra çılpaq şəkildə dindiriblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Xəttam Səafinin vəkili deyib: İsrail rejimi hərbçiləri Səafinin mənzilinə hücum etdikdən sonra onu dindirib, Ramullahın qərbində Ofer həbsxanası yolunda öz şəxsi mobillərindən fələstinli qadının kadrlarını çəkərək şəkillərini Facebookda yayımlayacaqlarını deyiblər.
Səafin bildirib: Ofer həbsxanasına çatdıqdan sonra, orada heç bir paltarı olmadan bir qəfəsdə həbs edib və əl-ayağını da bağlayıblar.
Beynəlxalq Amnistiya Təşkilatı sionist rejim hərbçilərinin bu alçaq hərəkətinə reaksiya verərək bu hörmətsizlik və sionist rejimin fələstinlilərə qarşı təcavüzlərinin dərhal araşdırılmasını istəyib.
Fələstinli Əsirlərə Dəstək Cəmiyyəti də ötən gün sionist həbsxana məmurlarının Ramun həbsxanasında dəyənək və gözyaşardıcı qazlarla fələstinli qadın əsirlərə hücum etdiyini bildirib.
İsrail rejimi həbsxanalarında 59 fələstinli əsir qadın ən ağır şəraitdədir və onların 13 nəfəri də yeniyetmədir.