İyul 12, 2017 14:49 Asia/Baku
  • Nəsrullah Mosulun azad olunmasında İran və Ayətullah Sistaninin rolunu vurğulayıb

Livan Hizbullahı Hərəkatının baş katibi Mosulun azad olunmasını böyük qələbə adlandırıb və bildirib: Bu qələbədə İranın və İraq şiələrinin mərcəyi təqlidi Ayətullah Sistaninin rolu əvəzsiz idi.

Seyid Həsən Nəsrullah çərşənbə axşamı günü Mosulun azad edilməsi münasibəti ilə etdiyi çıxışında İraqın dini mərcəiyyətinin İŞİD terror qrupu ilə mübarizə istiqamətindəki fitvasını terrorçularla qarşılaşmada İraqın böyük qələbələrinin başlanğıcı adlandırıb və deyib: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei başda olmaqla İran İslam Respublikasının İŞİD əleyhinə qətiyyətli mövqeyi bu qələbədə önəmli rola malik idi.

Livan Hizbullahının baş katibi bütün ölkələrin İraqın parçalanmasından dərs almalı olduqlarını və iraqlılar kimi öz müqəddəratlarını özlərinin həll etməli olduqlarını bəyan edərək xatırladıb: Amerikalılar İraq xalqının İŞİD terror qruplaşması ilə mübarizəsində sadəcə tamaşaçı idilər.

Livan Hizbullahı Hərəkatının baş katibi amerikalıların İŞİD-in məhv edilməsinin 10-30 il davam edəcəyini qəbul etdirməyə çalışdıqlarını bəyan edərək deyib: Vaşinqton regionda özü və İsrailin mənafeyini irəlilətmək üçün İŞİD-dən istifadə ardıncadır.

Seyid Həsən Nəsrullah ABŞ prezidenti Donald Trampın etirafı ilə İŞİD-i bu ölkənin törəməsi adlandırıb və xatırladıb: Hazırda bəzi qərb mediaları İraqın İŞİD qarşısındakı qələbəsini ABŞ-ın qələbəsi kimi cilvələndirməyə çalışırlar. Lakin bu böyük yalandır.

Strateji Mosul şəhərində İŞİD-in tam məğlubiyyəti bazar ertəsi gecə elan olundu. İraq baş naziri Heydər əl-İbadi Mosulun qədim hissəsində bu tarixi qələbəni elan etdi və dedi: Mosulda İŞİD-in məğlubiyyətində ABŞ-ın əsaslı rolu yox idi.

Teqlər