Təl-Əviv İsrail və Ərəbistan arasında birbaşa dəmir yolunun çəkilməsini istəyir
İyul 13, 2017 05:23 Asia/Baku
-
Təl-Əviv İsrail və Ərəbistan arasında birbaşa dəmir yolunun çəkilməsini istəyir
İsrail rejimi regionun ərəb ölkələri ilə daha sıx əlaqəyə malik olmaq üçün işğal olunmuş Fələstin ərazilərindən Ərəbistana qədər uzanacaq bir dəmir yolunun çəkilməsi layihəsini yenidən gündəmə gətirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İsrailin informasiya və rabitə naziri Yisrael Katz çərşənbə günü deyib: İsrail hazırda mövcud dəmir yolu xəttini İordaniya sərhədlərinə və Qərb Sahilinə qədər genişləndirməyə hazırdır və bu dəmir yolu şəbəkəsi İordaniyadan keçərək, Ərəbistana və Fars Körfəzinə qədər uzanmış olacaq.
Yisrael Katz həmçinin deyib: Bu məsələ məxfi şəkildə izlənilirdi və ABŞ-ın yeni hökuməti də İsrailin ərəb ölkələri ilə əlaqələrinin normallaşdırılmasında son dərəcə aktiv iştirak edir.
Teqlər