Bəhreyn cəmiyyətləri Ərəbistanda 4 nəfərin edam edilməsinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276124-bəhreyn_cəmiyyətləri_Ərəbistanda_4_nəfərin_edam_edilməsinə_etiraz_ediblər
Bəhreynin insan haqları cəmiyyətləri və 14 fevral inqilabı gəncləri koalisiyası bəyanatlar yayaraq, Ali-Səud rejiminin 4 Ərəbistan vətəndaşını edam etməsi üzrə son cinayətini pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 12:03 Asia/Baku
  • Bəhreyn cəmiyyətləri Ərəbistanda 4 nəfərin edam edilməsinə etiraz ediblər
    Bəhreyn cəmiyyətləri Ərəbistanda 4 nəfərin edam edilməsinə etiraz ediblər

Bəhreynin insan haqları cəmiyyətləri və 14 fevral inqilabı gəncləri koalisiyası bəyanatlar yayaraq, Ali-Səud rejiminin 4 Ərəbistan vətəndaşını edam etməsi üzrə son cinayətini pisləyiblər.

Ərəbistanın Daxili İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: Yusif Əli Məşixəs, Zəhra Əbdürrəhim Bəsri, Əmcəd Naci Ali Əmid və Mehdi Məhəmməd Həsən Sai Ərəbistanın şərqində yerləşən Qətif şəhərində "terror aktı" adlandırılan hadisədə günahkar hesab edildikləri üçün edam olunublar. 

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin 14 fevral inqilabı gənclər koalisiyası bir bəyanat yayaraq, bu 4 nəfərin edam edilməsini dəhşətli cinayət adlandırıb və bildirib: Ali-Səudun zülmü və zorakılığı nəticəsində axıdılan bu qanlar bu zalım rejimə qarşı mübarizə ruhiyyəsinin alovlanmasına səbəb olacaq.