İyul 14, 2017 08:50 Asia/Baku
  • Amerikan koalisiyanın hücumunda 10 suriyalı mülki öldürülüb
    Amerikan koalisiyanın hücumunda 10 suriyalı mülki öldürülüb

Dırnaqarası İŞİD-ə qarşı amerikan koalisiya qırıcılarının Suriyanın Riqqə şəhərindəki hücumlarında on sivil öldürülüb.

Press TV-nin məlumatına görə, şahidlər deyiblər ki, dünən səhər Riqqənin əl-Diriyah məntəqəsinə qarşı həyata keçirilmiş bu hücumda həlak olanların yeddi nəfəri bir ailənin üzvü olubdur.

Airwars nəzarət qrupunun araşdırmalarına görə, amerikan koalisiyanın İraq və Suriyadakı hava hücumlarında üç minə yaxın mülki öldürülüb.

Amerika son illərdə Suriya və İraqda terror qrupları ilə mübarizə bəhanəsilə dəfələrlə sivilləri hədəfə alıbdır.

Dırnaqarası İŞİD-ə qarşı amerikan koalisiya Obamanın prezidentliyi dövründə “İraq və Suriyada yerləşmiş terrorçularla mübarizə” iddialı hədəflə formalaşdı. Halbuki rəsmi məlumatlara görə, ABŞ və onun qərbli və ərəb şərikləri əslində İŞİD daxil olmaqla terror qruplarının təşkilatçıları, həmçinin onların əsas maliyyə və silah himayədarları hesab olunurlar.

 

 

 

Teqlər